Saxlandığı bildirilən ictimai fəaldan xəbər var

İ.Əliyev

İctimai fəal, meclis.info platformasının təsisçisi İmran Əliyevdən bu gün, martın 30-da xəbər tutmaq mümkün olub.

Yaxınları onun polisdə saxlandığını, martın 30-u səhər saatlarında sərbəst buraxıldığını deyirlər. Amma onlar baş verənlərin detallarından xəbərsiz olduqlarını qeyd ediblər.

Hazırda da İ.Əliyevin özünün telefonuna zəng çatmır.

Azərbaycanın hüquq-mühafizə orqanlarından isə bu məlumata münasibət almaq mümkün olmayıb.

İctimai fəaldan xəbər yoxdur

İctimai fəal, meclis.info platformasının təsisçisi İmran Əliyevdən dünən, martın 29-dan xəbər olmadığı bildirilir.

Fəalın yaxınları deyib ki, o, martın 29-da saat 14:00 radələrində yoxa çıxıb: "Dostlarla görüşməli idi, evdən çıxıb, bundan sonra onunla əlaqə saxlamaq mümkün deyil. Bir sutka keçməsinə baxmayaraq, ondan bir məlumat yoxdur".

Onların sözlərinə görə, məsələ ilə bağlı hələ martın 29-da Daxili İşlər Nazirliyinin "102" Xidmətinə müraciət olunub.

Hüquq-mühafizə orqanlarından, hələlik, məlumat almaq mümkün olmayıb.