'Hakim vəsatətləri dinləmədi': meclis.info rəhbərinə 12, fəala 11 il cəza istənildi

Sizin brauzer HTML5-i dəstəkləmir

Dövlət ittihamçısı meclis.info saytının rəhbəri İmran Əliyevə 12 il, fəal Elgiz Qəhrəmana isə 11 il həbs cəzası istəyib. Məhkəmə prosesində prokurorun çıxışı digər təqsirləndirilən Tamilla Musayevanın huşunu itirməsi səbəbindən yarımçıq qalıb. Qaçaqmalçılıq, vergidən yayınma və saxta sənədlərdən istifadədə ittiham olunan şəxslər özlərini təqsirli bilmir, müdafiə tərəfi isə prosesin siyasi sifariş olduğunu iddia edir.