İyunun 25-də axşam saatlarında İmişi bazarı yanır.
Bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərini davam etdirirlər.
FHN bildirir ki, əlavə məlumat veriləcək.
Son günlər Azərbaycanın rayonlarında və paytaxtda yanğınların sayı artıb. FHN rəsmiləri bunu insan amili, ehtiyatsızlıqla izah edirlər.
Buna görə əhaliyə müraciət edərək diqqətli olmağa çağırıblar.
FHN İmişli şəhərində yerləşən bazarda yanğının söndürüldüyünü bildirir. Yanğının səbəbləri hələlik açıqlanmır.