'Kənd təsərrüfatına ayrılan vəsaitlər məmurların biznesinə gedir' – Ekspert
Sizin brauzer HTML5-i dəstəkləmir
Mayın 25-də ölkə başçısı kənd təsərrüfatının inkişafına dair 2026–2030-cu illəri əhatə edən yeni Dövlət Proqramını təsdiqləyib. Sənəddə nəzərdə tutulan tədbirlərin icrası üçün dövlət xətti ilə 2 milyard manatdan, özəl sektor tərəfindən isə 3 milyard manatdan çox vəsaitin yönəldilməsi planlaşdırılır.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli isə bu təşəbbüsə pessimist yanaşır. Onun qənaətincə, hökumətin indiyədək aqrar sahənin müxtəlif istiqamətləri üzrə qəbul etdiyi çoxsaylı proqramlar ciddi bir nəticə verməyib. Ekspert iddia edir ki, ayrılan investisiyalar birbaşa təyinatı üzrə xərclənmir: "Bilirsiniz, bu vəsaitlər kimlər üçün nəzərdə tutulur? Yenə də məmurlar üçün – elə kəslər ki, son vaxtlar kənd təsərrüfatında daha çox bizneslə məşğul olurlar. Onlar bu vəsaiti mənimsəyəcək, amma sahədə heç bir iş görülməyəcək".