İlham Əliyev Erdoğana başsağlığı verib

İlham Əliyev, 2016

Prezident İlham Əliyev dekabrın 10-da İstanbulda baş vermiş terror hadisəsiylə bağlı Türkiyə prezidenti Recep Tayyip Erdoğana başsağlığı verib.

Başsağlığında deyilir:

“Biz bu terror aktını lənətləyir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla və qətiyyətlə mübarizə aparılmasını vacib hesab edirik”.

Dekabrın 10-da İstanbulun mərkəzində - Beşiktaş səmtində baş verən iki terror hadisəsi nəticəsində 29 nəfər ölüb. Onlardan 27 nəfəri polisdir. 166 nəfər yaralanıb. Yaralılardan üçünün durumu ağırdır.

Terrorla bağlı 10 nəfər saxlanılıb.