Əliyevə 94 faiz etimad? – 'Sorğu, yəqin ki, 'Ağ Şəhər'də keçirilib'

Sizin brauzer HTML5-i dəstəkləmir

Medianın İnkişafı Agentliyinin (MEDİA) rəy sorğusuna görə, respondentlərin 94 faizi prezident İlham Əliyevin fəaliyyətindən razıdır. Bir çox sosial şəbəkə istifadəçisi bu rəqəmin doğruluğunu şübhə altına alıb. Onlar "Sorğu, yəqin ki, "Ağ Şəhər" və "Sea Breeze"də keçirilib", yaxud "Bizim niyə bu sorğudan xəbərimiz yoxdur?!" kimi tənqidi şərhlərlə sorğunun əhatə dairəsini sorğulayıblar. Siyasi şərhçi Araz Əliyev bildirir ki, belə sorğuların məqsədi real mənzərəni əks etdirmək yox, ictimai rəyi yönləndirməkdir. Ekspertin fikrincə, İkinci Qarabağ müharibəsindən sonra Əliyevə etimad artsa da, son illərdə dərinləşən sosial-iqtisadi problemlər prezidentin "Qarabağ qələbəsi" kapitalını artıq tükətmək üzrədir.