İlham Əliyev Rusiyanın təhsil naziriylə görüşüb

Rusiyanın təhsil naziri Olqa Vasilyeva, 19 avqust 2016

Noyabrın 27-də prezident İlham Əliyev Bakıda səfərdə olan Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyevanı qəbul edib.

Rusiyalı nazir noyabrın 28-də Azərbaycan və Rusiya ali məktəblərinin məzunlarının konfransında iştirak edəcək.

Azərbaycanda Rusiyanın iki ali məktəbinin - M.V.Lomonosov adına Moskva DövlətUniversiteti və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir.