Azərbaycandan Roma Papasına təbrik göndərilib

Pope Francis Azərbaycanda, 2 oktyabr 2016

Prezident İlham Əliyev Roma Papası Francisi Tacqoyma Günü münasibətilə təbrik edib.

Təbrik məktubunda deyilir ki, "biz Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlərə xüsusi əhəmiyyət veririk. Sivilizasiyalararası və dinlərarası dialoqun, multikulturalizm dəyərlərinin qorunub saxlanması və daim inkişaf etdirilməsi yolunda fəal və səmərəli əməkdaşlığımız məmnunluq doğurur”.

İ.Əliyev Azərbaycan ilə Vatikan arasındakı əməkdaşlıqğın bundan sonra da davam edəcəyinə, birgə atılan addımların bundan sonra da dünyada sülhün və əmin-amanlığın, insanlar arasında qarşılıqlı anlaşma və həmrəyliyin bərqərar olmasına xidmət edəcəyinə inandığını bildirib.

Sayca 266-cı Papa olan Francis 2013-cü ildə Roma Papası seçilib. O, 2016-cı ilin oktyabrında Bakıya gəlib.