Bakıda cümə namazı- FOTOLAR
İbadət edənlərin əksəriyyəti iş arası fasilədə Cümə namazına gəlirlər.
Azyaşlılar da ibadətdə böyüklərdən geri qalmaq istəmirlər.
"İlahiyyət" məscidində Cümə namazı zamanı azan səsləri yaxın ətrafda eşidilir.
Temperaturun 35 dərəcədən çox olmasına baxmayaraq, insanlar Günün altında ibadət etməkdən çəkinmirlər.
Cümə namazına gələnlərin sayı çox olduğundan məscidin həyətində də namaz qılırlar.
İsti havada çətin olsa da namazdan geri qalmamağa çalışırlar dindarlar.
Son illərdə ibadət edənlər arasında gənclərin sayı çoxalıb.
Məsciddəki xalçalar ibadətə oturanların sərhədini bildirən xüsusi işləmələrlə bəzədilib.
Şiə müsəlmanları ibadət edərkən özlərinin də dediyi kimi müqəddəs torpaqlardan gətirilən möhür daşından istifadə edirlər.
Məscidin İmamı: "Bura gələnlər Allaha ibadətə gəlirlər və müsəlmanın inancı arasında fərq olmaz, bölgü olmaz".
Namaza gələnlər ibadətlə yanaşı insanlarla xoş ünsiyyət yaratmağın da önəmindən danışırlar.
Camaat arasında ibadət etmək istəyənlər özləri üçün maneə tanımırlar.