Yeni icra başçıları rayonlarda nəyi dəyişir?

Sizin brauzer HTML5-i dəstəkləmir

Son il yarımda Azərbaycanda 10-dan çox rayona yeni icra başçıları təyin olunub. Dövlət Təhlükəsizlik xidməti 4 rayonda əməliyyat keçirib. İcra hakimiyyətlərinin başçılarını və digər vəzifəli şəxslərini həbs edib. Qalanlarını isə president İlham Əliyev tutduğu vəzifədən azad edib.