Tehranda şairin dəfninə minlərlə insan çıxıb

Tehranda şairlə vida mərasimi

İranın tanınmış şairi Məhəmməd Hüseyn Şəhriyar ölkə lideri Ayətulla Ruhulla Xomeynidən onu azadlığa buraxmağı xahiş etmişdi

Tehranda tanınmış şair Huşəng Ebtehac dəfninə minlərlə iranlı qatılıb. Onun həyat və yaradıcılığı İranın müxtəlif siyasi, mədəni və ədəbi dövrlərini əhatələyir.

1928-ci ildə anadan olmuş Ebtehac İranın həyatda olan sonuncu köhnə nəsil şairi sayılırdı. O, avqustun 10-da Almaniyada vəfat edib. Qızı Yəlda Ebtahac şairin ölümünə böyrək çatışmazlığının səbəb olduğunu deyib.

Yerli medianın məlumatına görə, Tehrandakı Vəhdət Zalının qarşısındakı dəfn mərasimindən sonra Ebtahacın cənazəsi basdırılmaq üçün doğma Rəşt şəhərinə aparılacaq.

Ebtehacın şeirlərinin əsasını romantik mövzular təşkil etsə də sosialist siyasəti onun kimliyinin mərkəzində dururdu.

Vaxtilə İranın Tudə Kommunist Partiyasına rəğbət bəsləyən Ebtehac 1979-cu ildə monarxiya devriləndən sonra həbsdə yatıb.

O, 1984-cü ildə azadlığa buraxılıb. İranın tanınmış şairi Məhəmməd Hüseyn Şəhriyar ölkə lideri Ayətulla Ruhulla Xomeynidən onu azadlığa buraxmağı xahiş etmişdi.

Ebtehac 1980-ci illərin sonundan Almaniyada yaşayıb.