Hindistanın Andhra Pradeş əyalətində qatarın relsdən çıxması nəticəsində baş verən qəza nəticəsində azı 36 nəfər ölüb, 50-dən çox adam yaralanıb.
Dəmiryolu xətti iki yerdən parçalanıb.
Xilasedicilərin qatarda sıxılıb qalmış adamları çıxartması davam edir.
Hindistanda dəmiryolu qəzaları tez-tez baş verir. İki ay əvvəl də Uttar Pradeş əyalətindəqatarın relsdən çıxması nəticəsində baş verən qəzada 150 nəfər ölmüşdü.