Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev aprelin 17-də sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Mürsəl İbrahimov həmin Xidmətə yeni rəis təyin edilib.
A.Rəhimov 2012-ci ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində çalışırdı.
Yeni rəis haqqında
M.İbrahimov 1970-ci ildə Bakıda doğulub.
1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının Qaz-neft-mədən fakültəsini bitirib.
1992-1997-ci illərdə Daxili İşlər Nazirliyində Mühafizə, daha sonra Daxili Təhqiqatlar idarələrində çalışıb.
M.İbrahimov 10 ildən artıq 2015-ci ildə ləğv edilən Milli Təhlükəsizlik Nazirliyində (bazasında Dövlət Təhlükəsizliyi Xidməti yaradılıb) işləyib, idarə rəisinin müavini vəzifəsinədək yüksəlib.
"Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.
2015-ci ildən sonrakı dövrdə bir sıra özəl şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb. Onun son illər "Kapital Bank"ın Təhlükəsizlik departamentinin direktoru olduğu bildirilir.