Hələb xarabalıqları təmizlənir

Hələb, 21 dekabr 2016

Suriya ordusu Hələbi tamamilə nəzarətinə alandan sonra şəhərdəki dağıntıların təmizlənməsinə başlanılıb.

Vaxtilə bu şəhərdə yaşayıb buranı tərk eləmiş əhalidən evlərinə qayıdanlar da var.

Rusiya prezidenti Vladimir Putinsə dekabrın 23-də keçirdiyi mətbuat konfransında bildirib ki, Hələbdən sonrakı addım bütün Suriya ərazisində atəşkəsə nail olmaqdır.