Həbsxanalar dolub-daşır: Prezidentin humanistləşdirmə fərmanı icra olunmur?
Sizin brauzer HTML5-i dəstəkləmir
Azərbaycan həbsxanaları, demək olar ki, ağzınacan doludur: hər 100 yerə 98 məhbus düşür.
Halbuki prezident İlham Əliyev hələ 2017-ci ildə cinayət-hüquq siyasətinin humanistləşdirilməsi barədə xüsusi fərman imzalayıb.
Politoloq Nəsimi Məmmədli vurğulayır ki, fərmandan irəli gələn dəyişikliklər praktikada tam tətbiq olunmur: "Prokurorluq və məhkəmə orqanları qanunvericilikdəki yüngülləşdirici hallara əsaslanmaq əvəzinə, çox vaxt istintaqın süni şəkildə irəli sürdüyü ağırlaşdırıcı məqamları əsas götürürlər. Nəticədə isə ölkədə məhbusların sayında gözlənilən azalma baş vermir".