Sabah da qar yağacaq

Foto: arxiv

Yanvarın 29-da Bakı və Abşeron yarımadasında hava şəraiti arabir yağıntılı olacaq, qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə havanın temperaturunun Abşeronda gecə 0-3° şaxta, gündüz 1-4° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir. Gecə və səhər yolların buz bağlama ehtimalı var.

Ölkənin bölgələrində hava şəraitinə gəlincə, arabir yağıntılı olacağı, qar yağacağı gözlənir. Bəzi yerlərdə qarın sürəkli yağacağıehtimalı var.

Gündüz bəzi yerlərdə qar dayansa da, bu fasilə uzun çəkməyəcək.

Bölgələrdə havanın gecə 0-5° şaxta, gündüz 2-6° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.

Yolları buz bağlaya bilər.