41 dərəcə isti gözlənir

arxiv foto

İyunun 28-də Bakı və Abşeron yarımadasında havanın günəşli olacağı bildirilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 20-24, gündüz 33-38, Bakıda gecə 22-24, gündüz 36-38 dərəcə isti olacaq.

 İyunun 28-də Azərbaycanın rayonlarında da havanın yağmursuz keçəcəyi gözlənir.

 Gecə 19-24, gündüz 36-41, dağlarda gecə 15-20, gündüz 23-28 dərəcə isti təxmin edilir.