Paytaxtda yağış, dağlarda qar gözlənilir

Foto: arxiv

Oktyabrın 24-də ölkənin dağlıq və dağətəyi ərazilərindəsulu qar, qar yağacağı proqnozlaşdırılır.

Bakıda və Abşeron yarımadasında isə yağış gözlənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə, yağışın bəzi yerlərdə intensiv olacağı ehtimal edilir.

Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Bakı və Abşeron yarımadasında 9-11 dərəcə isti olacağı gözlənir.