Qar hələ də yağacaq

Foto: arxiv

Yanvarın 30-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gecə və axşam bəzi yerlərdə yağış, sulu qar yağacaq. Gecə və səhər yolların buz bağlama ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın temperaturu gecə 0-3 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində gündüz əsasən yağmursuz, gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 0-5dərəcə isti, dağlarda gecə 7-12 dərəcə, yüksək dağlıq ərazilərdə 15-20 dərəc şaxta, gündüz 1-6dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.