Görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlərdə, eləcə də hərbi əməkdaşlıq sahəsində inkişafından məmnunluq ifadə olunub
Bugün, martın 21-də Pakistanda səfərdə olan Azərbaycan müdafiə naziri Zakir Həsənov bu ölkənin baş naziri İmran Xanla görüşüb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlərdə, eləcə də hərbi əməkdaşlıq sahəsində inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan müdafi naziri Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Pakistan səfəri elə bu gün, martın 21-də başlayıb.