Dünyada yeni pandemiya başlanır?

Sizin brauzer HTML5-i dəstəkləmir

28 ölkədən təxminən 150 sərnişinin səyahət etdiyi bir gəmidə hantavirus aşkarlanıb. Səkkiz yoluxma halından beşi təsdiqlənib, üç nəfər isə ölüb. Müalicəsi olmayan bu virusun yayılmasını Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "ciddi" adlandırsa da, ictimai riskini aşağı qiymətləndirir. Həkim-infeksionist, professor Adil Qeybulla da bunun COVID-19 kimi bir pandemiyaya çevriləcəyini düşünmür: "Virusun pandemiya yaratmaq potensialını görmürəm. Bu, müəyyən bir yoluxmalar arealı olacaq və çox güman ki, bununla da sona çatacaq".