Messinin penalti zəribəsini dəf edən qapıçı "Qarabağ"a gəlir

Hannes Halldorsson və Cristiano Ronaldo

İslandiya millisinin qapıçısı Hannes Halldorsson Azərbaycanın “Qarabağ” klubunda oynaya bilər.

Klubun rəsmi “Feysbuk” səhifəsinin yaydığı məlumata görə, klub artıq Tour Halldorssonu transfer etməyə hazırlaşır.

Məlumata görə onunla razılaşma əldə olunub.

Qeyd edək ki, o, builki dünya çempionatında Lionel Messinin penalti zəribəsini dəf edən qapıçı kimi yadda qalıb.

Hannes tour Halldorsonun 34 yaşı var.

Yaxın günlərdə bu barədə rəsmi açıqlama veriləcəyi gözlənir.

Qeyd edək ki, "Qarabağ" bosniyalı əsas qapıçı İbrahim Şehiçlə vidalaşıb.