5 min manatlıq pensiyasından narazı qalan hakim Dövlət Fonduna qarşı məhkəməni uddu

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakı Apellyasiya Məhkəməsinin keçmiş hakimi Cahangir Yusifov ayda 5 min manata yaxın pensiya alsa da, bu məbləğdən narazı qalıb. 15 ilə yaxın hakim vəzifəsində çalışmış C.Yusifova təqaüd yaşına çatdıqda maaşının 58 faizi həcmində – 4 min 700 manat pensiya təyin edilib. Bu məbləğlə razılaşmayan keçmiş hakim hüquqlarının bərpası üçün əvvəlcə Dövlət Sosial Müdafiə Fonduna, ardınca isə məhkəməyə müraciət edib.