99 gündəlik yoluxma aşkarlanıb, 1 ölüm

COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına

99 yeni yoluxma faktı qeydə 99 alınıb, virusa yoluxanlardan 53 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan iyulun 4-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1 nəfər də vəfat edib.

Qurumdan bildirilib ki, indiyədək Azərbaycanda ümumilikdə 336 417 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 433-ü sağalıb, 4978-i vəfat edib, aktiv xəstə sayı 1006-ya yüksəlib.

Açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 8 679, hazırkı dövrədək isə ümumilikdə 3 787 089 test aparılıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3,9 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.