Patriarxın 'Başqa xalqlar daha sürətlə çoxalır' sözləri azərbaycanlıları qəzəbləndirdi

Sizin brauzer HTML5-i dəstəkləmir

Patriarx III Şio Tbilisidə Ailə Müqəddəsliyi Günü ilə əlaqədar keçirilən tədbirdə deyib ki, Gürcüstanda demoqrafik problemlərin həll olunmaması gələcəkdə ölkədə başqa xalqların daha çox məskunlaşması təhlükəsini yarada bilər: "Əgər biz ailənin xilas edilməsi uğrunda mübarizə aparmasaq, bunun qeydinə qalmasaq, real təhlükə ilə üz-üzə qalacağıq. Bizim bu gözəl, cənnət bənzəri ölkəmizdə bizimlə yanaşı başqa xalqlar da möhkəmlənəcək və kök salacaq".