Kanadadakı gürcü şerif indi də mer olmaq istəyir

Merab Tabidze

26 ildir Kanadada yaşayan əslən gürcü Merab Tabidze Gürcüstanda seçkilərə qatılacağını elan edib. Tabidze oktyabr 2017-ci il seçkilərinə qatılmaq istəyən ilk xarici vətəndaşdır.

AzadlıqRadiosunun gürcü xidmətinə müsahibəsində Merab Tabidze deyib ki, bu qərarı vermək elə də asan olmayıb:

"Amma mən inanıram ki, 26 il ərazində Kanadada əldə etdiyim bilik və təcrübə bizim sevimli şəhərin gələcəyi və inkişafı üçün gərəkli olacaq".

Gürcüstanda seçkilərin bu ilin oktyabrında keçirilməsi planlaşdırılır.