213 gündəlik yoluxma aşkarlanıb, 1 ölüm

Arxiv foto

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 213 yeni yoluxma faktının qeydə alındığı, bu virusa yoluxanlardan isə 88 nəfərin sağaldığı bildirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan iyulun 17-də habelə bildirildiyinə görə, son gündə COVID-19 virusuna yoluxanlardan da 1 nəfər vəfat edib.

"İndiyədək Azərbaycanda ümumilikdə 338 183 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 200 nəfər sağalıb, 4 991 nəfər vəfat edib, aktiv xəstə sayı 1 992 nəfərdir ", qərargahdan bildirilib

Açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 10 817, indiyə qədər isə ümumilikdə 3 905 500 test icra olunub.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.