Açıq nömrədən hədələnən Gözəl Bayramlı polisə dəvət olunub

Gözəl bayramlı

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlı Suraxanı Rayon Polis İdarəsinin təhqiqat şöbəsinə dəvət olunub.

Bu haqda onun özü məlumat yayıb.

Gözəl Bayramlı polisə dəvət edilməsinin bir neçə gün əvvəl naməlum şəxsin açıq nömrədən onu ölümlə hədələnməsi işi ilə bağlı olduğunu bildirib.

“Hədələnməmlə bağlı hüquq-mühafizə orqanlarına, 102 xidmətinə xəbər vermişəm. Ancaq nədənsə məsələnin araşdırılması bir qədər yubandı”, deyən Gözəl Bayramlı hökumətin, hüquq mühafizə qurumlarının hədə olayının araşdırılmasına könülsüz yanaşdığını ifadə edib.

Buna da bax:​ AXCP sədrinin qadın müavini telefonla hədələnib

AXCP sədrinin müavini sabah, noyabrın 2-də polisə gedəcəyini bildirib.

G. Bayramlı oktyabrın 28-də ölümlə hədələndiyini açıqlamışdı.

«Zəng edən şəxs kobud şəkildə məndən “nə yazırsan” deyə soruşdu. Ondan özünü təqdim etməyi istəyəndə “gələndə biləcəksən, ünvanını de” cavabını verdi. Sonra da tərbiyəsizlik edib qışqırmağa başladı. Telefonu söndürdüm, yenə bir neçə dəfə zəng etdi. Soruşdum məni təhdid edirsən, dedi “bəli”» - deyə xanım siyasətçi qeyd edirdi.

Gözəl Bayramlı həmin gün “102” xidmətinə şikayət etmişdi.

Buna da bax:

Sizin brauzer HTML5-i dəstəkləmir

Gözəl Bayramlı: ''Bandotdel'də dedilər bu cür statuslar yazma'