Google Kubaya pulsuz internet gətirir

Havana

-

ABŞ prezidenti Barack Obama-nın Kubaya tarixi səfəri iki ölkə arasında münasibətlərin yumşaldığını göstərir.

Bu dostluq işartısına «Google» şirkəti də biganə qalmayıb.

CBC-nin xəbərinə görə, şirkət Kubanı pulsuz internetlə təchiz edəcəyini açıqlayıb. Obama-nın səfərinə «Google» əməkdaşları da qatılıbmış.

Şirkət layihə çərçivəsində yerli internet provayderi «Kcho.Mor»la işbirliyindən yararlanıb internet studiyası açacaq.

Kuba xalqı bu studiyada 70 Mbit/saniyəyə qədər sürətdə interneti pulsuz işlədəcək. Studiya həftənin beş günü səhər saat 7-dən gecə 12-yədək çalışacaq. Buraya bir dəfəyə, ən çox, 40 nəfər daxil ola biləcək.

İnternet şəbəkəsini Kuba Dövlət Telekommunikasiya Şirkəti idarə edəcək. Şirkətin internetə məhdudiyyətlər qoya biləcəyi istisna edilmir.