Gömrükdə avtomobili qalanların nəzərinə: Cəmi 6 ay vaxtınız olacaq!
Sizin brauzer HTML5-i dəstəkləmir
Gömrük Məcəlləsinə təklif edilən yeni dəyişikliklərə əsasən, gömrük sərhədindən keçdiyi gündən etibarən altı ay ərzində rəsmiləşdirilməyən mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçirilə bilər. Qanun layihəsinin yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.
Ekspertin fikrincə, bu addım gömrük rəsmiləşdirilməsi zamanı yaranan uzunmüddətli mübahisələrin qarşısını almaq məqsədi daşıyır: "Bəzən gətirilən avtomobillərə yüksək rüsum təyin edildikdə vətəndaşlar bununla razılaşmır və məsələni mübahisələndirirlər. Belə hallarda proses bəzən həqiqətən də aylarla çəkir".