Argentina İspaniyadan sonra ikinci finalçı oldu

Dörddə bir finalda İspaniya və Belçika oyunu


2026-cı il dünya çempionatında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.

Finalın ikinci iştirakçısı İngiltərə və Argentina yığmaları arasındakı matçdan sonra müəyyənləşib.

Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Matçın ilk hissəsində hesab açılmayıb: 0:0.

İkinci hissədə İngiltərə hesabı açıb. 55-ci dəqiqədə Antoni Qordon fərqlənib: 1:0.

85-ci dəqiqədə hesab bərabərləşib. Argentinanın heyətində Enzo Fernandez bərabərlik qolunu vurub: 1:1.

Oyunun 92-ci dəqiqəsində Argentina yığması geridönüş edərək hesabda önə keçib. 90+2-ci dəqiqədə Lautaro Martinez fərqlənib: 2:1.

Matç bu hesabla başa çatıb və Argentina finala yüksəlib.

Argentina finalda İspaniya yığması ilə üz-üzə gələcək.

İngiltərə isə Fransa ilə üçüncü yer uğrunda matçda qüvvəsini sınayacaq.


15.07.2026
Ilk finalçı bəlli oldu: İspaniya

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında ilk finalçı bəlli olub.

Yarımfinalda Fransa yığmasını 2:0 hesabı ilə məğlub edən İspaniya yığması həlledici görüşə vəsiqə qazanıb.

Hesabı 22-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Mikel Oyarsabal açıb. Digər qolu isə 58-ci dəqiqədə Pedro Porro vurub.

İspaniyanın finaldakı rəqibi Argentina - İngiltərə oyununun qalibi olacaq. Qarşılaşma bu gün saat 23:00-da başlayacaq.

Dünya çempionatına iyulun 19-da yekun vurulacaq. İyulun 19-da final, ondan bir gün əvvəl isə üçüncülük oyunu keçiriləcək.

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi bu futbol üzrə dünya çempionatı iyunun 11-də start götürmüşdü. Mübarizəyə 48 yığma qoşulmuşdu.

Bundan əvvəlki futbol üzrə Dünya Kuboku 20 noyabr - 18 dekabr 2022-ci il tarixləri arasında Qətərdə baş tutmuşdu. Onda finalda Argentina yığması Fransa yığmasını məğlub etmişdi.

Bütün dünyanın diqqət mərkəzində olan bu futbol yarışı artıq 23-cü dəfədir keçirilir.

Buna qədər Braziliya 5, Almaniya 4, İtaliya 4, Argentina 3, Uruqvay 2, Fransa 2, İspaniya və İngiltərə də hərəsi bir dəfə çempion adına yiyələnib.