Fuad Qəhrəmanlı azadlıqda

Fuad Qəhrəmanl, 9 sentyabr 2011

AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlının inzibati cəzası noyabrın 30-da başa çatıb. O, sərbəst buraxılıb. Bu barədə Fuad Qəhrəmanlı özü AzadlıqRadiosuna bildirib.

O, oktyabrın 31-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbsə məhkum edimişdi.

Məhkəmə F.Qəhrəmanlını İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsini pozmaqda təqsirli bilmişdi.

AXCP üzvlərinin saxlanmasını 19 oktyabrda keçirdiyi aksiya ilə əlaqələndirir. Hökumət isə vətəndaşların əqidələrinə görə təzyiqlərə məruz qalmadığını bildirir.