Le Pen Fransada parlament seçkilərinə qatılır

Marine Le Pen

İfrat sağçı, «Milli cəbhə» partiyasının lideri Marine Le Pen Fransada parlament seçkilərinə qatılacağını bəyan edib. Seçkilər iyun ayında keçiriləcək.

Le Pen Enen- Bomon şəhərindən namizədliyini irəli sürməyə iddialıdır. O, 2007-ci ildə bu şəhərdən deputat seçilib. Son prezident seçkilərininin ikinci trunda da səslərin 60 faizini məhz bu şəhərdən yığıb. “Milli cəbhə”nin lideri onu da bildirib ki, Fransanın avrozonadan çıxaması ilə bağlı partiyasının tutduğy mövqeyə yenidən nəzər salmağa hazırdır. Bundan öncə o, birmənalı şəkildə deyirdi ki, avro “Avropa Birliyinin siyasi aləti”dir və fransa ondan imtina etməlidir.

Fransada parlament seçkisi iki mərhələdə keçiriləcək – 11 və 18 iyunda. «Opinion Way” yerli sosioloji xidmətin proqnozuna görə, “Milli cəbhə” seçkinin birinci mərhələsində səslərin 20 faizi yığa biləcək. Proqnoza görə, seçicilərin 27 faizi prezident Emmanuel Macron-un “İrəli, respublika” hərəkatına səs verəcək.