Rusiyanın “Baltik Lider” yük gəmisi fevralın 27-də La-Manş boğazından keçərkən Fransa hakimiyyəti tərəfindən saxlanılıb. Gəmi Ukrayna ilə müharibə başlayandan sonra tətbiq edilən sanksiyalar rejimini pozmaqda şübhəli bilinir.
Avtomobillərlə dolu gəminin Fransanın şimalında yerləşən Ruan şəhərindən Sankt-Peterburqa gedirmiş. "France-Presse" agentliyi xəbər verir ki, gəmi müşayiət altında Bulon-sur-Mer limanına göndərilib. Gəmidə 19 nəfər olub.
Rusiyanın dövlət xəbər agentliyi RİA Novosti xəbər verir ki, Fransa hakimiyyəti "Baltik Lider"in sanksiyaya məruz qalmış "Promsvyazbank"-ın törəmə müəssisəsinə məxsus olduğundan şübhələnir.
Buna da bax:
Rusiya banklarını SWIFT -dən çıxarmağa razılaşırlarKredit təşkilatının mətbuat xidməti isə quru yük gəmisinin sanksiyalar tətbiq olunmamışdan əvvəl satıldığını bildirib.
Fransanın “La Voix Du Nord” qəzeti xəbər verir ki, gəmi heyətinin şəhər ətrafında hərəkətinə icazə verilib. Gəminin taleyini məhkəmə həll edəcək.
Rusiya səfirliyi Fransa Xarici İşlər Nazirliyinə etiraz notası göndərəcəyini bildirib. Rusiya hakimiyyətinin dövlət müdafiə sifarişlərini maliyyələşdirmək üçün istifadə etdiyi "Promsvyazbank"-a qarşı sanksiyalar Rusiyanın Ukraynanın şərqindəki iki separatçı qurumun müstəqilliyini tanımasından sonra ABŞ, Avropa İttifaqı və Böyük Britaniya tərəfindən tətbiq edilib. Eyni zamanda "Baltik Lider"inin də ABŞ sanksiyaları altına düşəcəyi məlum olub.
Buna da bax:
“Nastoyaşeye Vremya”nın saytı Rusiyada bloklandı