Fransada on minlərlə adam 'sanitar diktaturaya' etiraz edir

Fransada etirazlar, 7 avqust 2021

Fransada on minlərlə adam sanitar buraxılış qaydalarına etiraz etmək üçün küçələrə çıxıb. Şənbə günü sayca dördüncü hesab edilən aksiyada etirazçılar "sanitar diktatura"ya qarşı çıxdıqlarını bildiriblər. "Euronyus" un məlumatına görə, aksiyalar Fransanın 150 şəhərini əhatə edib. Etirazçılar bildiriblər ki, bu onların pandemiyaya qarşı Fransa Konstitutsiya məhkəməsinin qəbul etdiyi yeni mübarizə qaydalarına cavabdır.

Beləki yeni qəbul edilən qaydalara görə, peyvənd sertifikatı və ya mənfi COVID testi olmadan mədəniyyət müəssisələrinə və idman komplekslərinə girmək qadağandır. Qanun aşılanmayan işçilərin işdən çıxarılmasına icazə verir.

Bazar ertəsindən etibarən Fransadakı giriş nəzarəti, kafe, restoran, ticarət mərkəzləri və uzun məsafəli qatarlara qədər uzadılacaq. Əhalinin bir hissəsi yeni məhdudiyyətlərin əleyhinədir.

Etirazlara baxmayaraq İtaliyada cümə günü oxşar tədbirlər tətbiq edilib. Artıq qaydalar mədəniyyət və idman müəssisələrində, restoranlarda və ictimai nəqliyyatda etibarlıdır. Hökumət hesab edir ki, bu yeni tədris ilinin daha təhlükəsiz bir şəkildə başlaması üçün mühümdür.