Hollande: “Fransa müharibədədir”

Francois Hollande

Fransa prezidenti deyib ki, cümə günü törədilmiş hücumlardan sonra Fransa müharibədədir.

►Fransa prezidenti Francois Hollande ölkə parlamentinin çox nadir hallarda birlikdə iclas keçirən iki palatası qarşısında deyib ki, cümə günü törədilmiş hücumlardan sonra Fransa müharibədədir.

O bəyan edib ki, basqınların dərhal ardınca elan edilmiş fövqəladə vəziyyəti üç ay müddətinə uzadacaq.

Hollande bildirib ki, Fransanın məqsədi İD-i təkcə buxovlamaq yox, məhv etməkdir.

İslam Dövləti adlandırılan təşkilat bildirib ki, Paris boyunca bar, restoran, konsert salonu və stadionda 129 nəfərin həyatına son qoymuyş basqınları o törədib.

Buna da bax: Azərbaycanda İnternet çöküb

Cənab Hollande deyib ki, qarşıdan gələn günlərdə ABŞ prezidenti Barack Obama və Rusiya lideri Vladimir Putinlə görüşməlidir.

Prezident təhlükəsizlik orqanlarına daha çox resursların ayrılacağını bildirib.

O deyib ki, “Charles de Gaulle” təyyarədaşıyan gəmisi İD-ə qarşı kampaniyanı gücləndirmək üçün cümə axşamı regiona göndəriləcək.