Frankfurt hava limanı boşaldılır (Video)

Sizin brauzer HTML5-i dəstəkləmir

Frankfurt hava limanı boşaldılır

Avqustun 31-də Frankfurt hava limanı təhlükəsizlik səbəbi ilə boşaldılıb. Rəsmilər sərnişinlərdən birinin yoxlamadan keçmədən hava limanına daxil olmasından bu qərara gəldiklərini bildirirlər.

Polisdən bildiriblər ki, bütün sərnişinlər yenidən yoxlanıb hava limanına buraxılacaqlar. Bu səbəbdən Almaniyanın bu ən böyük hava limanında uçuşlar ləngiyir.