Fotolarla İsraildə baş verənlər

Həmas qruplaşmasının İsrailə qəfil hücumunun ardından ölkədə silahlı toqquşmalar davam edir.

İsrail ordusu yüzlərlər Həmas yaraqlıların Qəzzə zolağınə keçərək ölkəyə daxil olduğunu bildirir. İsrail ordusu çox sayda hərbçi və mülki vətəndaşın Həmas qruplaşması tərəfindən əsir götürüldüyünü açıqlayıb.

İsrail baş naziri Benjamin Netanyahu Həmas "İsrailə qarşı müharibəyə başladığını" açıqlayıb. Baş nazir ölkəsinin müharibə şəraitində olduğunu açıqlayıb.

Son məlumatlara görə, İsraildə azı 100 nəfərin, Qəzzə zonasında isə 189 nəfərin öldüyü açıqlanıb

İsrail ordusu ölkə boyunca 2000-dən çox raketin atıldığını bildirir. Həmas qruplaşması səhər saatlarında azı 5000 raketin atıldığını açıqlayıb.

İsrail Fələstin və Qəzzə zolağında hərbi əməliyyatlara başladığnı açıqlayıb.

Braziliya İsraildə baş verənləri müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının təcili toplantıya çağırıb.

Azərbaycanın İsraildəki səfirliyi xəsarət alanlar arasında Azərbaycan vətəndaşının müəyyən olunmadığını bildirib. 

AZAL Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə sabahkı uçuşlar ləğv edildiyini açıqlayıb