Cəmi 3 milyon? Formula-1 nə qədər gəlir gətirdi?

"Formula-1": Tikdim ki, izim qala...

►“Bəlkə də “turist yoxdur” dediyimiz Avropa Oyunları, “Eurovision” vaxtı Bakıya daha çox turist gəlmişdi”

İyunun 17-19-da Bakıda keçirilmiş “Formula 1” yarışlarının üstündən 10 günə yaxın keçsə də, şəhərin küçələrində yarışların izi qalmaqdadır. Bakı bulvarında üstündə milli təsvirlər olan döşəkcələr yerdən yığışdırılaraq bir küncə toplanıb.

“Tikə kabab – 6 manat, lülə kabab – 5 manat” yazılmış lövhələr, şəhərin bəzi hissələrində “Formula 1”i izləməyə qurulmuş oturacaqlar, yolları adamlardan ayıran arakəsmələr olduğu kimi qalır.

Bəzi zibil qabları hələ də bu arkəsmələrin “mühasirəsindədir”. Həmin günlərdə diqqəti cəlb edən turistlərsə artıq yoxdur.

Yarışlardan əvvəl rəsmilər, bir qayda olaraq, “Formula 1”-in Azərbaycan turizminə böyük töhfə verəcəyini deyirdilər. Bəs, bu yarış ölkə turziminə nə qazandırdı?

Turizm İnstitutunun prorektoru Eldar Aslanlı deyir ki, bu tədbir ölkə turizminin inkişafından ötrü çox önəmli idi. Ancaq əldə olunan gəlir haqda məlumatı yoxdur:

Sizin brauzer HTML5-i dəstəkləmir

Eldar Aslanlı deyir ki, bu tədbir ölkə turizminin inkişafından ötrü çox önəmli idi

“Mən də dərslərdə tələbələrimə bu turizm hadisəsinin ölkə turizminə təsirini öyrətmək üçün əməliyyat komitəsinin rəsmi açıqlamaları gözəyirəm. Xüsusilə, dünya turizm xəritəsində öz yerini yavaş-yavaş tutan Azərbaycan kimi ölkəyə bu cür tədbirlər çox vacibdir. Bəlkə də rəqəmlər ölkəyə az turist gəldiyini göstərə bilər. Ancaq konkret həmin günlərdə satılan biletlər, xüsusilə, xarici azarkeşlərin paylaşımları belə deməyə əsas verir ki, “Formula 1” ölkədəki tədbirlər arasında müstəsna yerə malik oldu. Bu yarış 180 ölkədə yayımlandı. Burda ən önəmli şeylərdən biri yayım hüquqlarıdır. 180-ə yaxın ölkədə 180 populyar idman kanalları bu yarışı yayımladı. Üstəlik, yayım anlarındakı reklamlar, treklərin sağında solunda yerləşdirilən marka və məhsulların reklamları, Azərbaycanın təbliği, – bütün bunlar, marketinq olaraq, müstəqillik dövründə ölkəni tanıdan ən mühüm bir neçə tədbirdən biridir”.

Dövlət qurumları hələ rəqəm deyə bilmir

“Formula 1” yarışının təşkilatçısı, Bakı Şəhər Halqasının marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyir ki, onların əlində gəlirlərlə bağlı məlumat yoxdur:

Sizin brauzer HTML5-i dəstəkləmir

Nigar Arpadarai deyir ki, onların əlində gəlirlərlə bağlı məlumat yoxdur

“Çünki burda həm birbaşa, həm də dolayı gəlirlər var. Ona görə də bu rəqəmi biz hesablaya bilmərik. Bu, gərək, Gənclər və İdman Nazirliyində hesablansın”.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirdilər ki, xidmətin rəhbəri bir həftə Bakıda olmayacaq və bütün məlumatları da yalnız o verə bilər. (ardı aşağıda)

Formula 1-in Azərbaycana faydası nə oldu? (SORĞU)

Sizin brauzer HTML5-i dəstəkləmir

Formula 1-in Azərbaycana faydası nə oldu? (SORĞU)

Mədəniyyət Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyevin sözlərinə görə, bu məlumatlar tezliklə əldə oluna bilməz. Həm də bunu Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi açıqlaya bilər.

Həmin qurumlardan da sualımıza cavab verən tapılmadı.

Cəmi 3 milyon manatlıq bilet satılmışdı

İqtisadçı ekspert Natiq Cəfərli yarışlara xərclənən milyonların çox cüzi hissəsinin geri qayıda bildiyini söyləyir:

Sizin brauzer HTML5-i dəstəkləmir

Natiq Cəfərli yarışlara xərclənən milyonların çox cüzi hissəsinin geri qayıda bildiyini söyləyir

“Dəqiq bilinən bir rəqəm var ki, cəmi 3 milyon manatlıq bilet satılmışdı. Turistlərin sayı haqda müxtəlif məlumatlar var. Bu məlumatlar dəqiqləşdirilməlidir. Bakı şəhərində cəmi 10 min yataqlı 4 ulduzlu və 5 ulduzlu otellərin olduğunu, bunun da təqribən yarısına yaxınını ölkəyə dəvət olunmuş komandaların və qonaqların tutacağını nəzərə alsaq, o qədər də böyük bir rəqəmin alınmayacağını indidən söyləmək mümkündür. Hər bir turist isə gəldiyi ölkədə həftədə ortalama 1000 dollar civarında pul xərcləyir. Hər halda “Formula-1”ə xərclənən 100 milyon manatın və üzvlük haqqı kimi ödənən 40 milyon dolların cıxacağına ümid eləmək mümkün deyil. Ancaq bu ilki “Formula 1” yarışlarının xərclənən vəsaitlərin çox cüzi hissəsinin dönüşünə şərait yaratdığını indidən söyləmək mümkündür”.

____________________________________________________________

Bunlara da bax:
Qənimət Zahidin qohumlarına 6 il həbs verildi
'Qohum, pul ver, biznes qurum'

____________________________________________________________

"Heç gələn oldu ki?"

Hər belə tədbir zamanı Bakıya turistlərin gələcəyini səbirsizliklə gözləyən suvenir satıcıları isə həmin günlərin onlar üçün adi günlərdən fərqlənmədiyini deyirlər. Kamil Əliyev söyləyir ki, yarış ərəfəsində və yarış günlərində şəxsən onun mağazasının qapısını tək-tük adam açıb:

“Deyərdim ki, bəlkə “turist yoxdur” dediyimiz Avropa Oyunları, “Eurovizion” vaxtı Bakıda daha çox turist vardı. Gələn bir-iki turistin də bizə heç faydası olmadı. Adi günlərdə nə qazanırdıqsa, həmin günlər də gəlirimiz o cür oldu”.

Sizin brauzer HTML5-i dəstəkləmir

Satıcılar Formula-1 haqda

Başqa bir satıcı Fərman isə xarici turistlərdən çox yerli sakinlərlə alış-veriş etdiklərini deyir:

“Həmin günlər isə buralar yerlilərin üzünə bağlanmışdı deyə heç nə sata bilmədik. Turistlərin aldıqları da 1, 2 manatlıq maqnitlər idi”.

Amma İçərişəhərdə yerləşən kafe və kiçik restoranlarda işləyənlər “Formula 1” günlərində yaxşı qazandıqlarını bildirirlər:

“Bizim yerlər o qədər də böyük deyil. Həm də gələnlər də vardı. Ona görə masa tapmaq olmurdu”.

“Gələnlər çox idi”

“Səyyah.az” saytının redaktoru Əli Əhmədov hesab edir ki, “Formula 1” yarışları vaxtı Bakıda nəzərəçarpacaq dərəcədə turist olub:

Sizin brauzer HTML5-i dəstəkləmir

Əli Əhmədov: Gələnlər çox idi. Ancaq bu, statistika müəyyənləşəndən, hardasa ayın 31-dən sonra bilinəcək

“Gələnlər çox idi. Ancaq bu, statistika müəyyənləşəndən, hardasa ayın 31-dən sonra bilinəcək. O da var ki, yay səyahət mövsümü olduğundan hansının yarışa görə gəldiyini bilmək olmurdu. Amma bu, restoranlarda daha çox hiss olunurdu”.

Suvenir satan Kamil Əliyev deyir, yəqin ki, bir müddət sonra dövlət rəsmilərindən gələn il Bakıda keçiriləcək İslamiada oyunlarına çoxlu turistin gələcəyi vədlərini eşidəcəklər:

“Ancaq mən artıq bu cür nağıllara inanmıram”.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 28 iyun

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycanda 300 dollara nə biznes qurmaq olar?

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında - 28 iyun

Azərbaycanlıları İŞİD-ə aparan səbəblər