Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Al-Bab bölgəsində həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı davam edir.
Türkiyə mediasının xəbərinə görə, "İslam Dövləti" qruplaşmasına (İŞİD) məxsus 35 hədəf bombalanıb, 37 terrorçu öldürülüb.
Yanvarın 7-dəki hərbi əməliyyatlarda bir türk hərbçisi həlak olub.
Üç aydan artıq davam edən "Fərat qalxanı" əməliyyatı nəticəsindəhəlak olan türk hərbçilərinin sayı 40-ı keçib.