Gənc fəal Fatimə Mövlamlının fevralın 8-də saat 19 radələrində Mərkəzi Seçki Komissiyasının (MSK) binası qarşısında polisin saxladığı bildirilir. Bu barədə jurnalistlər məlumat veriblər.
Onalrın sözlərinə görə, F. Mövlamlı bu il keçirilməsi gözlənilən bələdiyyə seçkilər ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirirmiş.
Verilən məlumata görə, polis onun nə ilə məşğul olduğunu söruşub, o isə mediyaya reportaj hazırladığını bildirib. Bundan sonra isə F. Mövlamlının polisə aparıldığı söləylənir.
“Məni 5 saylı Polis Bölməsində iki saata yaxın saxladıqadan sonra sərbəst buraxıblar. Bu müddətdə çəkdiyim görüntüləri silmək üçün telefonun prolunu tələb edirdilər. Mən də parolu verməkdən imtina etdim”, deyə fevralın 8-də axşam saatlarında F.Mövlamlı “Turan” agentliyinə bildirib.
Onun sözlərinə görə, xəbərdarlıq etdikdən sonra buraxılıb.
Ancaq bu məlumata, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Son illər gənc fəal F.Mövlamlı müxalifətin tədbirlərində iştirak edərkən və ya reportaj hazırlayarkən bir neçə dəfə saxlanıb.Hətda o, bir neçə dəfə inzibati hüquq pozmalarda günahlandırılaraq cərimə də edilib. O, bu cərimələri əsassız sayıb.