Faiq Əmirlinin 48 saatı 22 avqustda bitir

«Azadlıq» qəzetinin yayım işləri üzrə direktor müavini Faiq Əmirli

Maşınından Gülenə aid kitab və CD-lər çıxarıldığı deyilən «Azadlıq» qəzetinin yayım işləri üzrə direktor müavini Faiq Əmirlinin şübhəli şəxs qismində saxlandığı 48 saat avqustun 22-də sona çatır.

«Güman ki, o sərbəst buraxılacaq. Ancaq ona qarşı həbs-qəti imkan tədbiri də seçilə bilər. Hər şey mümkündür».

Bunu AzadlıqRadiosu-na Faiq Əmirlinin vəkili Aqil Layıcov deyib.

Buna da bax: Əli Kərimli ona qarşı "Gülençi" ittihamları barədə

Faiq Əmirli hazırda Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasında saxlanılır. O, Ağır Cinayətlərə Dair İstintaq İdarəsində Cinayət Məcəlləsinin 283-cü maddəsi (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) üzrə şübhəli şəxs qismində dindirilib.

Buna da bax: Faiq Əmirli maşınından çıxan kitabların ona aid olmadığını deyir [video]

Faiq Əmirli avqustun 20-də evinin qarşısında saxlanıb. Onun evində və maşınında axtarış aparılıb. Maşınının yük yerindən Fetullah Gülenə aid 3 kitab və CD-lər çıxıb. Faiq Əmirli kitabları maşınına axtarış aparanların qoyduğunu bildirib.

Buna da bax: «Faiqi aparandan sonra gördüm ki,baqajı açıb nəsə qoydular» [video]

Sizin brauzer HTML5-i dəstəkləmir

Şahid: "Faiqi aparandan sonra gördüm ki,baqajı açıb nəsə qoydular"