“Eurovision -2022” mahnı yarışmasının qalibi Ukrayna oldu.
“Kalush Orkestri” adlı qrup finalda “Stefaniya” mahnısı ilə səhnəyə çıxıb.
Solist Oleq Psyuk bu mahnını anasına, eləcə də övladlarını müharibənin dəhşətlərindən qoruyan bütün qadınlara həsr etdiyini deyir.
Qeyd edək ki, final mayın 14-də İtaliyanın Turin şəhərində keçirilib.
“Kalush” 2019-cu ildə yaradılmış rep qrupudur. Ukraynanın İvano-Frankovsk vilayətindəki Kaluş şəhərinin adını daşıyır.
Tamaşaçıların səsverməsi və münsiflər heyətinin ümumi nəticələrinə görə, Ukrayna təmsilçiləri böyük fərqlə-631 xalla qalib gəliblər.
Böyük Britaniya 466 xalla ikinci, İspaniya isə üçüncü olub.
İlk beşlikdə həmçinin İsveç və Serbiya yer alıb.
Azərbaycanı bu yarışmada “Fade To Black” mahnısı ilə təmsil edən Nadir Rüstəmli isə müsabiqədə 106 səslə 16-cı yerdə qərarlaşıb.