Martın 3-də Estoniyada parlament seçkisi keçirilir.
Artıq seçicilərin 40 faizi internet də daxil olmaqla vaxtındanəvvəl səs veriblər.
Belə ki, 2005-ci ildən Estoniyada elektron yolla da səs vermək olar.
Seçkidə 10 partiya mübarizə aparır.
Vahid favorit yoxdur. Rəy sorğularının nəticələrinə görə, qələbəyə 3 partiya iddialı ola bilər.
Amma rəy sorğularının əksəriyyəti 1-ci yeri “Liberal islahat partiyası”na verir.
Bu partiyaya Avropa Parlamenti-nin keçmiş deputatıKaja Kallas rəhbərlik edir.
Ondan sonra baş nazir Yuri Ratas-ın mərkəzçi partiyası gəlir.Bu partiyaya ənənəvi olaraq rusdilli vətəndaşlar səs verirlər.
Rəy sorğularının nəticələri seçki ərəfəsində sağçı-populist “Mühavizəkar Xalq Partiyası” nın da nüfuzunun kəskin artdığını göstərir.
Proqnozlara görə bu partiya 20 faizdən artıq səs toplayaraq parlamentdə 3-cü ola bilər.
Bu partiya avropayönümlüdür.
İlkin proqnozlara görə, 101 yerlik parlamentə 6 partiya düşə bilər.