9 ayda 'Əsrin müqaviləsi' üzrə proqnoz kəsirlə icra olunub

Xəzər dənizində neft platforması

Bu ilin 9 ayında vergi daxilolmaları azalıb. 2016-cı ilin yanvar-sentyabr ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 milyard 926 milyon 185 min manat vəsait daxil olub. Bu keçən ilin eyni dövrü ilə müqayisədə 168 milyon manat azdır.

Buna da bax:​ “Əsrin Müqaviləsi”ndən Azərbaycan nə qədər qazanıb, bilirsinizmi?

Nazirliyin məlumatında bildirilir ki, Dövlət Neft Şirkəti büdcə qarşısındakı vergi öhdəliklərinə 100,6 faiz əməl etsə də, Hasilatın Pay Bölgüsü (“əsrin müqaviləsi”) üzrə (PSA mənfəət) proqnoz tapşırığı kəsrlə, yəni 82 faiz icra olunub.

Nazirlik qeyd edir ki, qeyri-neft-qaz sektoru üzrə büdcəyə 3 milyard 843 milyon 651,9 min manat vəsait daxil olub. Proqnoz tapşırığına 101,7 faiz əməl edilib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 365 milyon 967,9 min manat və ya 10,5 faiz çoxdur.