Ölən əsgərin ailəsi: Pullarını istəmirik, şəhid adı verilsin
Sizin brauzer HTML5-i dəstəkləmir
İyunun 1-də Dövlət Sərhəd Xidmətində cəmi iki ay xidmət etmiş əsgər Natiq Məmmədov həyatını itirib. Onun ailəsi sosial şəbəkələrdə kədərini bölüşməklə yanaşı, əsgərə şəhidlik statusu verilməməsinə də etiraz edib.
Məsələni şərh edən ehtiyatda olan polkovnik Üzeyir Cəfərov qanunvericilikdə bu statusun əhatə dairəsinin genişləndirilməsini vacib sayır. Ekspert hesab edir ki, intihar halları istisna olmaqla, xidmət zamanı dünyasını dəyişən hər bir hərbçiyə şəhid statusu verilməlidir: "Vətənə xidmət edərkən həyatını itirən əsgər, çavuş və ya gizir elə şəhiddir. Bu statusun gecikdirilməsi və ya verilməməsi maddi öhdəliklərdən — Prezident təqaüdü, müavinət və mənzil təminatından yayınmaq cəhdidir. Təəssüf ki, bizdə hər şeyi maddiyyata bağlayırlar".