Martın 18-də Nazirlər Kabineti “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” qərar imzalayıb.
Qərara görə, siyahısı hazırlanan ərzağın, onların istehsalında istifadə olunan malların gömrükdən aparılması ölkədə mövcud olan ehtiyatlar və əhalinin qısamüddətli dövrdə təminatı ilə bağlı proqnoza əsasən İqtisadiyyat Nazirliyinin müsbət rəyi əsasında həyata keçiriləcək.
İqtisadiyyat Nazirliyi siyahıya daxil olan malların ölkədən aparılması ilə bağlı müraciətə onun təqdim olunduğu gündən 5 (beş) iş günü müddətində baxmalıdır.
Bu qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.
Siyahıya 30-a yaxın mal və məhsul daxildir. Bura malqara, dənli bitkilər və bir sıra mallar aiddir.