İki Ermənistan vətəndaşı qaytarılıb

Gorus-Qafan yolunun bir hissəsi

Azərbaycan qüvvələrinin nəzarəti altında olan ərazidə saxlanmış iki Ermənistan vətəndaşı erməni tərəfinə verilib

Azərbaycan qüvvələrinin nəzarəti altında olan ərazidə saxlanmış iki Ermənistan vətəndaşı erməni tərəfinə verilib.

AzadlıqRadiosunun Erməni xidməti Ermənistan Milli Təhlükəsizlik Xidmətinə (MTX) istinadən bildirir ki, Azərbaycan tərəfi saxlananları sentyabrın 20-də saat 23:45-də qaytarıb.

Ermənistan MTX bildirir ki, saxlananların qaytarılması Ermənistan və Rusiya sərhədçilərinin səyləri nəticəsində mümkün olub.

Bundan əvvəl Ermənistan MTX xəbər vermişdi ki, Ermənistanın Kotayk vilayətinin Kasax icmasından iki Ermənistan vətəndaşı Gorus-Vorotan magistralından yayınaraq Azərbaycanın nəzarətində olan əraziyə keçib.