Azərbaycan ordusu Qafana girib? – Ermənistanda iddia

Sizin brauzer HTML5-i dəstəkləmir

Ermənistanla sərhəddə, Şikahox qoruğu və Nerkin Hand kəndi ətrafında yeni ekoloji və hərbi mübahisələr yaranıb. Yerevan Azərbaycan ordusunun strateji yüksəkliklərdə yol salaraq meşəlik ərazilərə ziyan vurduğunu iddia edir, sakinlər isə təhlükəsizlik səbəbindən kəndi boşaldırlar. Bakıdakı hərbi ekspertlər isə bunun kütləvi meşə qırğını olmadığını, qış təminatı üçün zəruri logistika olduğunu bildirirlər.