'Qaçın, azərbaycanlılar gəlir!' – Ermənistanda seçki çaxnaşması

Sizin brauzer HTML5-i dəstəkləmir

Ermənistanda seçkilər yaxınlaşdıqca siyasi gərginlik artır. Müxalifət cəmiyyəti 300 min azərbaycanlı qaçqının qayıdacağı ilə qorxudur. Yerevanın mərkəzində səsgücləndiricilər vasitəsilə Azərbaycan dilində səs yazıları yayımlanır. Sosial şəbəkələrin erməni seqmentində xof yaratmaq məqsədilə "Ya seçkilərə gedin, ya da azərbaycanlılar gələcək" və "Paşinyan, biz sənin 300 min azərbaycanlını Ermənistana gətirmək planını pozuruq" kimi şüarlar tirajlanır. Ermənistan müxalifəti bu iddiaları irəli sürərkən rəsmi Bakının "Qərbi Azərbaycan" konsepsiyasını əsas gətirir.